Kurslar
Karyera Dəstəyi
Məzunlarımız
Bloqlar
Sertifikat yoxla
Haqqımızda
Müəllimlərimiz
FAQ
Xəbərlər
Əlaqə
Proqramlaşdırma dilləri beynəlmiləl dillər olduğundan Tech Academy-də əldə etdiyin proqramlaşdırma bilikləri dünyanın istənilən yerində sənə axtarılan kadr olmağa kömək edəcək.
Akademiyamız Atatürk prospekti 89, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin 1-ci mərtəbəsində yerləşir. Ünvan Gənclik metro stansiyasına yaxındır.
Akademiyamızda Full Stack Veb Proqramlaşdırma, Front End Veb Proqramlaşdırma və QA kurslarımız həm əyani, həm də distant (online) formada tədris edilir.
Kursu uğurla bitirmiş məzunlarımıza əməkdaşlıq etdiyimiz şirkətlərdə təcrübə proqramı təşkil edir, onlara həmçinin karyera dəstəyi göstəririk.
Əgər kompüterin yoxdur və ya stolüstü kompüterini akademiyamıza gətirə bilmirsənsə, heç narahat olma, səni akademiyada kompüterlə təmin edəcəyik. Bizə bunun haqqında öncədən xəbər verməyin kifayətdir.
Akademiyamızda Back End veb proqramlaşdırma, Front End veb proqramlaşdırma, Full Stack veb proqramlaşdırma, Bootcamp (Full Stack Python), QA, UX/UI dizayn kursları tədris edilir.
Kurslarımızda iştirak edib proqramlaşdırmanı öyrənməyin üçün ingilis dili biliyi tələb olunmur, lakin qlobal bazarı izləyib, sahənlə bağlı daim araşdırma edib yaxşı bir proqramçı ola bilməyin üçün ingilis dili öyrənməyini tövsiyə edirik.
Akademiyamızda mütəmadi olaraq, müxtəlif proqramlar üzrə sınaq dərsləri təşkil edilir. Dərslərin elanı Tech Academy-nin rəsmi səhifələrində (Facebook, İnstagram, www.tech.edu.az ) verilir. Bizi izləyərək sınaq dərslərimizdən xəbərdar ola və tam ödənişsiz şəkildə iştirak edə bilərsən.
Məzunlarımız kurs müddətindəki fəaliyyətlərinə, məsuliyyət və davamiyyət göstəricilərinə əsasən 3 növ sertifikatdan birini əldə edirlər;
Fərqlənmə sertifikatı
Məzun sertifikatı
İştirak sertifikatı