Loading...

Haqqımızda

Tech Academy

Proqramlaşdırma gələcəkdir. Gələcək isə artıq gəlib. Biz bunu illər öncə anladıq və komandamızla həvəskar olaraq başladığımız bu sahədə yerli və xarici şirkətlərlə əməkdaşlıq etməyə başladıq. Daha sonra öyrəndiklərimizi öyrətmək qərarına gəldik və Tech Academy-ni təsis etdik. Tech Academy olaraq bu illərdə bir çox işlərə imza atdıq. Uğurlu tədris planımız və proqramımız ilə bazarda axtarılan peşəkar kadrlar yetişdirdik. Məhz bu məqsədlə, çıxdığımız yolda böyüməyə qərar verdik. Artıq Tech Academy, məqsədi peşəkar proqramçı, veb dizayner və QA mütəxəssisi olmaq istəyənlərin ünvanıdır!

Missiyamız

Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verərək bizə müraciət edən hər bir tələbəni bazarda axtarılan, peşəkar kadr kimi yetişdirməkdir!

Vizyonumuz

Komanda üzvü və məzunu olmaqdan qürur duyulan, yerli və qlobal bazarda əldə etdiyi nailiyyətlər, yetişdirdiyi kadrlarla tanınan təhsil mərkəzi olmaqdır!

Dəyərlərimiz

icon
Beynəlxalq sertifikat

Kurs müddətində nəzəri biliklər video-dərsliklər formatında sənə göndərilir. Nəzəri biliklərə dərsən öncə tanış olduğun üçün, dərs vaxtını praktiki baxımdan daha səmərəli keçirə bilirsən.

icon
Dürüstlük

“Dürüstlük ən yaxşı siyasətdir.” Bizim siyasətimiz də dürüst olmaqdır, həm əməkdaş və tərəfdaşlarımıza, həm də tələbələrimizə qarşı.

icon
Hörmət

Tolerant bir akademiyayıq. Yaşından, cinsindən və kimliyindən aslı olmayaraq, hər kəsə hörmət edirik.

icon
Məmnuniyyət

Tələbələrimizin istər tədris, istərsə də göstərilən xidmətlərdən məmnuniyyəti bizim üçün vacibdir.