Tech Academy məzunların dili ilə

Öncə nə üçün proqramlaşdırma sualına cavab vermək istəyirəm. Çünki proqramçı olmaq fərqlilik, dünyaya başqa aspektdən baxmaq, daim yeni-yeni problemlərin həllinə yönəlik yaradıcı bir həyat deməkdir.

Bəs proqramçı kimi sağlam bir təmələ necə sahib olmaq olar? Cavabım konkretdir: Tech Academy tələbəsi olmaqla. Nə üçün belə qətiyyətliyəm, çünki Tech Academy-yə qədər bir çox şirkətin kurslarında iştirak etmiş, razı qalmamışdım.

Tech Academy-də mövcud olan maraqlı mühit, müəllim tələbə arasında dostyana ünsiyyət, öz sahələrinin peşəkarlarından mentor dəstəyi bu günlərə gəlməyimdə çox vacib amillər idi. Bundan əlavə akademiyada tətbiq olunan bootcamp metodunu xüsusi ilə qeyd etməliyəm. İstədiyimiz zaman ofisə gəlir, mentorlarla görüşür, onlardan dəstək alır və digər tələbələrlə birgə layihələri, tapşırıqları sanki bir iş komandası ruhunda yerinə yetirirdik.

Kursun son həftələrində Tech Academy partnyorlarından olan Labrin şirkətindən iş təklifi gəldi və mən artıq bu şirkətdə Python Developer kimi fəaliyyətə başlamışam. Sonda mənim bir proqramçı kimi formalaşmamda əməyi keçən dəyərli müəllimlərimə təşəkür edir, Tech Academy şirkətinə bütün fəaliyyətlərində uğurlar diləyirəm.

📝Xəyal Yediyarov / Python Developer (Labrin)

213 views