Tech Academy məzunların dili ilə


Veb proqramlaşdırma, "machine learning", "data science" kimi proqramlaşdırma sahələrinə marağım bakalavr illərindən formalaşmışdı, amma hardan, hansı dildən başlamağı özüm üçün müəyyənləşdirə bilmirdim.


San-Fransiskoda yaşayan bir həmyerlimizlə məsləhətləşdim və mənə günümüzün trendlərindən olan Python dilini xüsusi ilə tövsiyyə etdi. Bu tövsiyyədən sonra hər tərəfli araşdırma apardım və başa düşdüm ki, Python-un daxil ola bilmədəyi proqramlaşdırma sahəsi yoxdur.


Tech Academy-yə gəlişim isə Python dili üzrə ilk ixtisaslaşmış akademiya olmaları və "bootcamp" formatında tədris metodikası ilə bağlı oldu.


3 aylıq müddətdə Tech Academy-də gördüyüm "bootcamp" formatı, tələbə-mentor əlaqələri, beynəlxalq layihələrdə iştirak öyrənib inkişaf etmək üçün əla mühit idi. Ümümiyyətlə akademiyada elə bir mühit formalaşdırılıb ki, insan dayanmadan öyrənmək üçün can atır.


Bu gün artıq We Travel layihəsində "backend developer" kimi çalışıram və fürsətdən istifadə edib müəllimlərimə minnətdarlığımı bildirirəm. Təşəkkürlər Tech Academy!


📝Qabil Orucov / Backend Developer (We Travel)

0 views