Tech Academy və BP əməkdaşlığı

Tech Academy 2018-ci il 2 noyabr tarixindən etibarən BP şirkəti ilə əməkdaşlığa başlamışdır. Əməkdaşlıq çərçivəsində Tech Academy müəllim heyəti tərəfindən 11 BP mühəndisi üçün "Python Kodlaşdırma" kursuna start verilmişdir. Layihə pilot xarakterlidir və 3 ay boyunca davam edəcəkdir. Qeyd edək ki, Tech Academy proqramlaşdırma təhsili üzrə ixtisaslaşmışdır və bootcamp (intensiv kurslar) formatında tədris təklif etməkdədir. Full Stack Python kodlaşdırma kursunda tələbələrə python proqramlaşdırma dili və veb proqramlaşdırma dilləri öyrədilir.

171 views