Təqaüd proqramı / 2019-01

Tech Academy 2019-cu tədris ilininin ilk kursu üçün akademiyada təqaüd proqramı elan edir. Təqaüd proqramı 3 nəfər üçün nəzərdə tutulub və namizədlər xüsusi müsabiqə ilə (test və hackathon) seçiləcəkdir. Təqaüdlər Full Stack Python kodlaşdırma kursu (Bootcamp G) üçün ayrılacaqdır və müsabiqədə iştirak üçün namizədlər 4-cü kurs tələbəsi olmaqla yanaşı növbəti tələbləri yerinə yetirməli, şərtləri nəzərə almalıdırlar: - Onlayn müraciət (qeydiyyat) formasının doldurulması; - Riyazi/alqoritmik biliklərin olması; - Son müraciət tarixi: 24.11.2018 Müsabiqə qalibləri (3 nəfər) təqaüdlə yanaşı pul mükafatı və müxtəlif hədiyyələr əldə edəcəklər.

215 views