Loading...

Tech Academy öz 5 yaşını qeyd edir!

18 May, 2023 icon-read 569 view
news-picture

Azərbaycanda İT mühəndislik və proqramlaşdırma sahəsində lider təhsil mərkəzlərindən biri olan Tech Academy fəxrlə öz 5 yaşını qeyd edir. Yubiley tədbiri 15 may tarixində Landmark otelində akademiyanın həmtəsisçiləri, cari və öncəki əməkdaşları, təlimçi və mentorları, həmçinin məzunlarının iştirakı ilə baş tutdu. 

Tech Academy hələ 5 il bundan öncə Azərbaycanda Python proqramlaşdırmanı təqdim etməklə ölkədəki texnoloji təhsil sahəsində bir ilkə imza atmışdı. Fəaliyyətə başladığı ilk gündən şirkət Azərbaycanda istedadlı şəxslərin yetişdirilməsi və İT mühəndislik bacarıqları ilə təmin edilməsi missiyasına sadiq qalmaqdadır və burada da məqsəd məzunlar üçün sadəcə Azərbaycanda deyil, həmçinin ölkə hüdudlarından kənarda da iş imkanlarını artırmağa nail olmaqdır. Tədrisin keyfiyyəti və mükəmməliyə güzəştsiz yanaşma sayəsində məzunlar hazırda Azərbaycanda, həmçinin Avropada, ABŞ-da tanınmış şirkətlərdə İT mühəndislik və digər əlaqədar sahələrdə çalışmaqdadırlar.

Texnologiya sahəsində müxtəlif yerli və qlobal təşəbbüslərə davamlı olaraq investisiya edən Embawood şirkətinin sahibi Elşad Abbasov, Caucasus Ventures şirkətinin baş partnyoru Məmməd Kərim və RİSK şirkətinin təsisçisi Anar Əligülov 5 il öncə Tech Academiyanın da gələcəyinə çox inanmış və bu təşəbbüsə lazımi dəstəklərini göstərmişdilər. Onların hər biri tədbirdə təbrik çıxışı edərək indiki və gələcək məzunları qazandıqları bilik və bacarıqlar ilə Azərbaycanın texnologiya sahəsində uğurlarına töhvə verməyə səslədilər. Təsisçilər gənclərin bu biliklərlə qlobal start-up ekosistemində uğurla olacaqlarına da inandıqlarını xüsusi ilə vurğuladılar. Çıxış edənlər eləcə də bu 5 il ərzində dövlətin, xüsusən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İnnovasiyalar Mərkəzinin xüsusi dəstək və qayğısını da qeyd etdilər ki, bu da texnologiya istiqamətində fəaliyyət göstərən şirkətlər üçün çox böyük dəyər yaradır.

Tədbirə video-konfrans ilə ABŞ-dan qoşulan, həmtəsisçi Qərib Mehdiyev də akademiyanın yaradılması ilə bağlı ilhamverici hekayəsini bölüşdü və akademiyanın bu günkü nailiyyətləri ilə qürur duyduğunu bildirdi. O məzunların hazırda çalışdıqları şirkətlərin inkişafına verdiyi töhvəni xüsusi vurğuladı ki, bu da təqdim edilən tədrisin yüksək standartlarından cavab verir. Qeyd edək ki, Qərib Mehdiyev qlobal start-up-lardan biri olan WeTravel şirkətinin həmtəsisçisidir və akademiya məzunları arasında bu şirkətdə də çalışanlar var.

Baxmayaraq ki, Tech Academy olaraq cəmi 5 ildir ki, fəaliyyət göstəririk, bu müddət ərzində böyük nailiyyətlər qazanan proqramlaşdırma üzrə təhsil mərkəziyik. Tədris proqramları və peşəkar ekspertlər sayəsində Python, Java, JavaScript, Veb dizayn, QA manual və QA Automation sahələri üçün mütəxəssislər yetişdiririk. Azərbaycanda ilk dəfə Bootcamp, Flipped Classroom tədris modelini təqdim etmişik. 500-dən çox məzunumuz və hazırda da 200-ə yaxın tələbəmiz var. Təkcə məzunlarımızın 56%-i məzun olduqdan sonra akademiyadaxili Karyera Mərkəzimiz tərəfindən işlə təmin olunub. Məzunlarımızın 60 %-i yerli əmək bazarında çalışır, digər 40 %-i qlobal şirkətlərdə karyeralarını davam etdirirlər. Tech Academy-də həm daxili, həm də dövlət tərəfindən təqdim edilən müxtəlif təqaüd təşəbbüsləri ilə də təhsil almaq mümkündür.

Akademiyamız texnologiya sənayesinin gələcəyini formalaşdırmağa olan loyallığı ilə tədris proqramları ilə yanaşı müxtəlif layihələr çərçivəsində, EGov (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi), İnnovasiyalar Mərkəzi, Whelp, TechnoFusion və bir çox qurum və təşkilatlarla əməkdaşlıq edərək bu sahənin gələcəyinə töhvə verməkdədir. 

Beləliklə, Tech Academy 5 illik yubileyini qeyd etməklə davamlı olaraq innovativ texnoloji təhsili təmin etmək, azərbaycanlı istedadların potensialını artırmaq, onları gücləndirmək və böyümə, əməkdaşlıq və uğur qazandıran mühiti dəstəkləmək öhdəliyini daha da möhkəmləndirir. Daima mükəmməliyə can atan Akademiya ölkənin texnologiya sənayesini irəli apararaq, proqram mühəndislərinin növbəti nəslini ruhlandırmaqda davam edəcək.