BOOTCAMP TƏLİMLƏRİMİZ
Bootcamp formatda Web Proqramlaşdırma kurslarımız
Sizi uğurlu gələcəyə hazırlayır
PYTHON
SQL
HTML/CSS
DATA STRUCTURE
ALQORITMLER
REACT
FLASK/DJANGO
ANGULAR
NODE JS
JAVA SCRIPT
Bootcamp Kurslar
"Bootcamp formatında kurslarımıza qoşularaq Akademiyamızın bütün imkanlarından faydala bilir və networking imkanlarından da faydalana bilərsiz"
Yaxın vaxtlarda baş tutacaq
Bootcamp təlimlər
Bootcamp Formatında Tədris
Hərfi tərcüməsi “boot camp” - yəni “çəkmə düşərgəsi” olan bu terminin kökü hərbiçilərin intensiv şəkildə tədris alma formatına dayanır. Bu format sayəsində hərbiçilər 3 ilə deyil 3 aya bütün məşqələlərdən keçərək tam hazır səviyyəyə çatırlar. Bu format daha sonra qərbdə biznes məktəblərində də istifadə olunmağa başlayır və effektiv olur. Nəhayətində bu praktika IT sahəsinə də gələrək, geniş yayılmağa başlayır.
IT bootcamplarda tələbələr intensiv şəkildə proqramlaşdırmanın ən vacib və aktual tərəflərini öyrənərək qısa zamanda hazır işçi dərəcəsinə çatırlar. Tələbələr tədris zamanı real layihələr üzərində işlədikləri üçün topladıqları biliklər də lazımlı və aktual olur. 2015-ci ildə ABŞ-ın eks-prezidenti Barak Obamanın qərarı ilə IT bootcampların yayılması proqramına start verilir və beləliklə cəmi bir ilə, yəni 2016 cı ildə Amerikada IT bootcamplar 17966 hazır kvalifikasiyalı kadr təqdim edir.
Bootcamplarda istənilən bilik dərəcəli insanlar iştirak edə bilər. Hətta IT barədə heçnə bilməsəniz belə bootcamplara qatılaraq qısa zamanda IT sahəsində bir peşəyə yiyələnə bilərsiniz. Innovatorlar, sahibkarlar, startapçılar, öz gəlirindən narazı olan şəxslər - Bir sözlə hər kəs Bootcamplara qatıla bilər. Maraqlı faktlardan biri də odur ki, ABŞ-da bootcampların 43%i-ni qadınlar təşkil edir odur ki bizim xanımlar da heç çəkinmədən özlərini IT sahədə sınaya bilərlər.
Müraciət mərhələləri
1-ci mərhələ
Tech Academy olaraq kəmiyyətə deyil də keyfiyyətə üstünlük veririk. Buna görə kurslarımıza qeydiyyatdan keçmək qərarı verdiyiniz təqdirdə Sizin üçün Online Sınaq Testi hazırlayırıq. Sınaq testi 35 dəqiqəlik 20 sualdan ibrarətdir. 60 % və üzəri nəticə topladığınız təqdirdə Sizi məmnuniyyətlə kurslarımıza qeydiyyata alırıq.
2-ci mərhələ
Sınaq testindən uğurla keçdikdən sonra Akademiyamıza yaxınlaşa və ya Online şəkildə müqavilə bağlanır. Müqavilə bağlandığı andan etibarən Sizə IT biliklərinizin möhkəmləndirilməsi üçün Təlimçilərimiz tərəfindən hazırlanmış video dərsliklər göndərilir. Kurs başlanana kimi bu video dərslikləri izləyib öyrənirsiz. Daha sonra Kursa başlayırsız