BOOTCAMP VƏ

TƏLİMLƏR

Bootcamp - Azərbaycanda bir ilk

Tech Academy ilə səndə inkişafa qoşul,

Haradan başlayacağını bilmirsən?

Biz kömək edərik.

BOOTCAMP

Azərbaycanda ilk dəfə Tech Academy tərəfindən tətbiq olunan <bootcamp> metodu tədris proqramına innovativ bir yanaşma kimi hesab olunur. Tələbələrimiz dərs saatlarından sonra mentor saatları xidmətləri ilə təmin olunurlar. Gündəlik dərslər yekunlaşdıqdan sonra, mentorların köməyi ilə tələbələr öz məsələ və problemlərini araşdırmaq üçün günün istənilən vaxtında 24 saat fəaliyyət göstərən laboratoriyadan istifadə edə bilərlər.

Tədris zamanı tələbələr yalnız nəzəri materiallar ilə deyil, real layihələrlə işləmək fürsəti əldə edirlər. Full Stack Python kursu 30% nəzəriyyə, 70% təcrübə əsaslı metod ilə tədris olunur. Bu isə tələbələrə elə kursun gedişatı zamanından başlayaraq öz portfoliolarını hazırlamağa

və peşəkarlaşmağa əvəzsiz fürsət yaradır.       

İnkişaf çoxtərəfli prosesdir, Tech Academy öz tələbələrinin tam peşəkar kimi yetişməsi üçün mütəmadi olaraq şəxsi inkişaf, İT və bizneslə bağlı təlimlər və bu sahənin ekspertləri və xarici qonaqlar ilə görüşlər təşkil edir. Tech Academy-in məzunları böyük,qlobal bir şəbəkənin üzvüdür.       

Hər zaman tələbələrinin yanında olan, məzun olduqdan sonra belə onları düşünən Tech Academy karyera planlaması və mövcud iş imkanları ilə bağlı hər bir köməkliyi sizə göstərəcəkdir.

     

Tech Academy şirkəti düşərgə, iştirakçılarını sertifikatlarla təmin edir. Tech Academy olaraq əsas üstünlüyümüz ondan ibarətdir ki, biz {developer} yetişdiririk. Düşərgəmizdə iştirak edən tələbələr istədiyimiz səviyyədə məzun ola bilmədikləri halda növbəti düşərgəyə onları tamamilə {ödənişsiz} qəbul edirik.

     

TƏCRÜBƏ

ŞƏXSİ İNKİŞAF

KARYERA MƏRKƏZİ

SERTİFİKASİYA/

ZƏMANƏTLİ TƏHSİL

Atatürk prospekti 19, Elektron Hökümət 1-ci mərtəbə  |   Tel +994 12 511 93 93  |   Mobil: +994 50 991 20 02