
Tech Academy Layihə Meneceri
(IT/Web sahəsi üzrə) vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Tələbə qruplarının dərs proqramlarına uyğun gündəlik, həftəlik UC'lərin (use case) və layihə tapşırıqlarının hazırlanması
- Tələbə qruplarının dərs prosesi müddətində layihə tapşırıqlarının verilməsi və qiymətləndirilməsində iştirak
- Gündəlik/həftəlik/aylıq və kurs yekunu üçün tələbə nəticələrinin dəyərləndirilməsi üçün lazım olan müxtəlif növ hesabatların hazırlanması
- Təlim prosesində istifadə olunacaq, şirkət daxilində hazırlanan veb layihələrin icrasının koordinasiyası
- Şirkət xaricindən qəbul olunmuş kommersiya və qeyri-kommersiya veb layihələrinin idarə olunması və koordinasiyası
- Tələbə/təlimçi/mentor koordinatoru və proqram meneceri ilə birlikdə periodik olaraq təlim sisteminin daha da optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflərin verilməsi
- Kurs müddətində tələbələr "Junior Software Engineer"ə lazım olacaq layihə idarəetmə bacarıq və vərdişləri ilə bağlı təlim və masterklassların keçirilməsi
Tələblər:
- 2+ il IT layihə idarəetmə təcrübəsi
- 1+ il agile modelində layihə idarəetmə təcrübəsi
- Real biznesdə veb əsaslı layihələrin idarəolunması təcrübəsi mütləqdir
- Təlim sferasına, öyrətməyə maraq mütləqdir
- Dil bilikləri (Azərbaycan və İngilis mütləq, Rusca üstünlükdür)
Qeyd: Maaş müraciət edənin iş təcrübəsi və digər şəxsi keyfiyyətləri nəzərə alınaraq interview zamanı müəyyənləşdiriləcəkdir.
Maraqlanan şəxslər CV-lərini "Layihə Meneceri" başlığı ilə info@tech.edu.az e-poçt adresinə göndərə bilərlər.