Loading...

Məzunlarımız

Kərim Kərimli

Front End proqramçı

Virtual Card / Lardi - Trans

Tech Academy mükəmməl bir bootcampdır. Hər zaman dediyim kimi illəri və ayları həftələrə çevirən bir düşərgədir. Hər kəsin Akademiyada sənə yanaşmağı çox xüsusidir, verdiyi təhsil və məsləhətlər yüksək səviyyədədir. Akademiyada təhsil aldığım və təhsilimdən sonrakı vaxtlarda mənə köməklik göstərən hər kəsə səmimi qəlbdən təşəkkürümü bildirirəm və əminliklə deyirəm ki Tech Academy İT ekosisteminin inkişafında, keyfiyyətli developerlərin yetişdirilməsində mühim rol oynamaqdadır və bu hər zaman belə olacaq!

Eyyub Əmiraslanov

Front End proqramçı

Cubics Technology

Tech Akademy haqqında məlumatı bu sahə ilə məşğul olan dostlardan aldım. İnkişafa meyilli, daim yeniliklərə açıq olan kollektivi ilə tanışlıqdan sonra buranı əbəs seçmədiyimi özlüyümdə sübut etdim. 6 illik universitet həyatımda yiyələndiyim ixtisas, proqramlaşdırma sahəsi ilə kəskin fərqlənsə də, bu sahəyə marağım artmağa başlamışdı. Proqramlaşdırma ilə məşğul olmaq qərarını aldıqdan sonra, Tech Academy kursuna müraciət etdim. Bizə keçirilən alqoritmik baza biliklərindən başlayaraq, ən üst mövzulara qədər məlumat toplamağa, praktik olaraq tətbiq etməyə başladım. Zamanla özümdə inkişafı görmək məni daha da həvəsləndirdi. Bunun üçün bütün Tech Academy ailəsinə təşəkkürümü bildirir və gələcək planlarında dayanıqlı və davamlı inkişaf yolu arzulayıram.

Sara Əhmədova

Rəqəmsal dəstək üzrə mütəxəssis

Rabitə Bank

Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Tech Academy bunu nəzərə alaraq Azərbaycanda və xaricdə bu sahə üzrə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafları üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. İnsanlara yeni karyera qurmaq üçün lazım olan texnoloji bacarıqları interaktiv texnologiyadan istifadə edərək öyrədir. Mən də Tech Academy-nin bir parçası olaraq kursun yüksək səviyyəli təhsil imkanlarından yararlandım. Bunun mənim gələcəkdəki kayera planlarıma bir müsbət olaraq yansıyacağına əminəm. Bizə bu şəraiti yaradan rəhbərliyə, iş kollektivinə minnətdarlığımı bildirmək istərdim. Bu kursu daha yaxşı proqramçı olmaq istəyən hər kəsə tövsiyə edirəm. Hər kəsin proqramlaşdırma öyrənməyi və yaxşı bir proqramçı ola biləcəyini unutmayın. Yalnız bunu edə biləcəyinizə inanın!

Kurslarımız