HAQQIMIZDA

Biz Kimik?

Tech Academy proqramlaşdırma təhsili üzrə ixtisaslaşmışdır və bootcamp (intensiv kurslar) formatında tədris təklif etməkdədir. Full Stack Python kodlaşdırma kursunda tələbələrə python proqramlaşdırma dili və veb proqramlaşdırma dilləri öyrədilir. 

Bootcamp formatında tədrisi digər təhsil metodlarından fərqləndirən əsas xüsusiyyətlər:
 
- dərslərin intensiv keçirilməsi (həftə içi hər gün, 3 və 6 aylıq düşərgələr),
- akademik saatlardan əlavə mentor saatlarının təklif olunması,
- 24 saat fəaliyyət göstərən laboratoriya və
- tələbələrin real layihələrdə iştirak etməsidir.

Full Stack
 Python kodlaşdırma kursunda növbəti proqramlaşdırma dilləri tədris olunur: Python, ReactJS, Django, CeleryRabbitMQ, Docker, MongoDB, JavaScript, HTML, CSS, MySQLJQuery, Bootsrap, DOM.

FƏRQİMİZ

Məqsədimiz Proqramçı yetişdirməkdir!

Bu sadəcə qulağa xoş gələn bir cümlə deyil. Bu Tech Academy olaraq bizi

fərqləndirən xüsusiyyətimizdir, dəyərimizdir!

Belə ki, düşərgələrimizdə iştirak edən hər bir tələbə bizim üçün gələcəyin proqramçısıdır. Məhz bu səbəbdən tələbələr istədiyimiz səviyyədə məzun ola bilmədikləri halda növbəti düşərgəyə onları tamamilə {ödənişsiz} qəbul edirik. 

  • Tech FB
  • Tech Insta

Nə üçün Python?

Python yaxın gələcəyin dilidir və biz sizə bu gələcəyi vəd edirik. Python – rahatlığı, asanlığı və effektivliyinə görə dünyanın ən qabaqcıl proqramlaşdırma dillərindən biridir. Google, Intel, NASA, Cisco, Hewlett-Packard kimi nəhəng şirkətlər, həmçinin Instagram, YouTube, VK, Dropbox, Reddit və bir çox digər şəbəkə, sayt, platform və servislərin əsasında Python proqramlaşdırma dili dayanır.
 

Digər dillərdən öyrənmə, istifadədə asanlığı və rahatlığı ilə seçilən Python, proqramlaşdırılma ilə yeni tanış olanlar üçün əla seçimdir. İstifadədəsində fərq ondan ibarətdir ki, Python qat-qat daha asan sintaksis birləşmələrindən ibarətdir və bu da kod yazılması prosesini çox yüngülləşdirir. Çoxlu modullar interaktiv və ya skript rejimində işləməyə, yazılan kod həcmini azaltmağa, işin hazırlanma vaxtını sürətləndirməyə imkan yaradır.
 

Günü-gündən daha da inkişaf edən və tələbatı artan bu universal proqramlaşdırma dili üzrə mütəxəssislər hər bir ölkədə yüksək əmək haqqı ilə vakansiya bazarında axtarılır. Məhz buna görə dünyanın ən qabaqcıl universitetlərində Python tədris dili olaraq tətbiq olunur. Python “web development, “machine learning”, “data engineering”, “scientific computation” və “cloud infrastructure” üçün ideal dil hesab olunmaqla yanaşı bütün yeni, populyar sahələrdə istifadə olunmaqdadır.

PYTHON KİMLƏR ÜÇÜNDÜR?

HƏVƏSKARLAR

Proqramlaşdırılma ilə məşğul olmağı düşünən, lakin bu sahədə təcrübəsi olmayanlar.

PEŞƏKARLAR

İşində daha qabaqcıl və rahat həllər tapmaq istəyən peşəkar proqramçılar.

MARKETERLƏR

Məlumat, data və analitik cədvəllərlə işləyən rəqəmsal marketinq mütəxəssisləri.

MENECERLƏR

Ofisdaxili işləri avtomatizasiya etmək istəyən çoxfunksional menecerlər.

Gələcəyini bu gündən inşa et

 və intensiv kurslarımızda iştirak üçün qeydiyyatdan keç!

© 2018-19 Tech Academy

Atatürk prospekti 19, Elektron hökümət (E-gov), 1-ci mərtəbə. Bakı, Azərbaycan

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon
  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon

012 511 9393

050 991 2002